Müharibə veteranları üçün yeni güzəşt

Xəbərlər

29.03.2024 - 16:52

Peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir. AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az