Müəllimlərin yerdəyişməsi üçün vakansiya seçimi başa çatıb

Xəbərlər

23.05.2022 - 12:56

Nəticələr barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AYNA-ya verilən xəbərə görə, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.

Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş