29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri məlum olub
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. AYNA.AZ xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən bildirilib.
Qeyd olunub ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.