Müdafiə Nazirliyi: Ermənistan tərəfinin məlumatları yalandır

Xəbərlər

04.08.2021 - 15:04

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycandan Ermənistan ərazisinə PUA göndərilməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır”

 

“Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır”. AYNA xəbər verir ki, bu sözlər Azrbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında əksini tapıb.

 

Qeyd olunub ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb: "Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş