“Bütün PUA-lar sıradadır, itki yoxdur”
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
AYNA-nın xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu, yanlış məlumatdır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün PUA-lar sıradadır, itki yoxdur”.