Müdafiə nazirinin sabiq müavini vəfat edib

Xəbərlər

09.08.2020 - 13:48

cedabet dərman SEO Xidməti

Çingiz Məmmədov ağır xəstəlikdən əziyyət çəkib

 

Azərbaycanın müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, o, bu gün vəfat edib.

 

Məlumata görə, Ç.Məmmədov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. 

 

Xatırladaq ki, o, 2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə ehtiyata göndərilib. 

 

***

 

Müdafiə Nazirliyi general-leytenant Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.

 

Bağsağlığıda deyilir:

 

Azərbaycan Ordusuna ağır itki üz verib. Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib.


Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub.


1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib.


1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib.


1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb.


Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.


İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


Allah rəhmət eləsin!

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov

 

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov,

 

general-polkovnik Kərəm Mustafayev,

 

general-leytenant Kərim Vəliyev,

 

general-leytenant Ramiz Tahirov,

 

general-leytenant Nizam Osmanov.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş