Mübariz Mənsimov saxlanıldı

Xəbərlər

15.03.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanlı iş adamı Türkiyədə saxlanılıb 


İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov “FETÖ” cinayətində ittiham olunaraq saxlanılıb. 

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Belə ki, bu gün səhər saatlarında Baş Prokurorluğun Maliyyə Cinayətlərini İdarəetmə şöbəsi Mənsimovun evində axtarışlar aparıb və onu şübhəli hesab edərək nəzarətə götürüb. 

 

Hadisə ilə bağlı hələlik ətraflı məlumat verilməyib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş