Mossad HƏMAS liderlərini Qəzza zolağından çıxmağa dəvət edib

Dünya

23.01.2024 - 11:18

cedabet dərman SEO Xidməti

“Bu, HƏMAS liderlərinin Qəzzaya nəzarətini zəiflədə bilər”

İsrail kəşfiyyatı Mossadın direktoru David Barnea Fələstinin radikal HƏMAS qruplaşmasının liderlərini daha geniş atəşkəs danışıqları çərçivəsində Qəzza zolağından çıxmağa dəvət edib. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu, 7 oktyabr hücumunu təşkil edən HƏMAS liderlərinin Qəzzadan təhlükəsiz çıxışını təmin etsə də, onların bölgədəki nəzarətini zəiflədə bilər”, -məlumatda qeyd olunub.

Bildirilib ki, bu təkliflə İsrail kəşfiyyatının rəhbəri ilə yanaşı, ABŞ dövlət katibi Antoni Blinken də çıxış edib. Belə bir razılaşma Fələstin hərəkatı tərəfindən saxlanılan yüzdən çox israilli girovun azad edilməsini əhatə edəcək.

Bundan əvvəl İsrail Qətər və Misir vasitəçiləri vasitəsilə HƏMAS-a Qəzza zolağında iki ay müddətinə hərbi əməliyyatları dayandırmağı təklif etmişdi. Müqavilə bütün girovların azad edilməsinə səbəb olacaq daha böyük sövdələşmənin bir hissəsi olmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş