Moskvaya dron hücumu edilib

Dünya

21.08.2023 - 12:58

cedabet dərman SEO Xidməti

PUA qalıqlarının bağ evinə düşməsi nəticəsində iki nəfər xəsarət alıb

Rusiyanın Moskva vilayətində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının İstra şəhər məhəlləsindəki bağ evinə düşməsi nəticəsində iki nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə Moskvanın qubernatoru Andrey Vorobyov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bu gün səhər iki PUA Moskva vilayətinin qərbində və şimal-qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub: “Onlardan birinin qalıqları İstra şəhər dairəsində yerləşən bağ evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan bir kişi tibb müəssisəsinə yerləşdirilib, qadın isə xəstəxanaya getməkdən imtina edib. Üç evdə isə pəncərələr sınıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş