Yanğınsöndürənlər anbar binasından kömək istəyən insanları çıxarmağa başlayıblar
Moskvanın mərkəzində Komsomolskaya meydanı yaxınlığında birmərtəbəli anbar binası yanıb. AYNA xəbər verir ki, bu barədə REN telekanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, paytaxtın mərkəzindən böyük qara tüstü buludları qalxıb. Xilasedicilər hadisə yerinə cəlb olunsa da, tələfat barədə məlumat yoxdur.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi yanğınsöndürənlərin hadisə yerinə getdiyini açıqlayıb. İlkin məlumatlara görə, anbarın içərisində insanlar olub. Yanğınsöndürənlər anbar binasından kömək istəyən insanları çıxarmağa başlayıblar.