Moskvadan daha 201 azərbaycanlı Bakıya gətirilib - <font color=red> FOTO</font>

Xəbərlər

27.07.2020 - 00:12

cedabet dərman SEO Xidməti

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb

 

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı gətirib. AZAL-dan AYNA-ya verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana geri qayıdıb.

 

Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

 

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş