Generalın oğlu faciəli şəkildə öldü

Hadisə

26.07.2019 - 19:57

Eyvaz Cəfərovun oğlu olub

 

Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.

 

Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də, saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi "Suzuki" markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə