Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirilib - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

27.05.2020 - 20:23

Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib

 

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

 

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.




Müəllif: Ayna.az