Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Son 24 saat ərzində Moskvada koronavirusdan 59 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, Moskvada yeni virusdan ölənlərin ümumi sayı 1993-ə çatıb.
Qeyd edək ki, ölən xəstələrdə COVID-19-la yanaşı sətəlcəm diaqnozu da təsdiqlənmişdi.