Moskvada COVID-19-dan ölənlərin sayı artıb

Dünya

29.05.2020 - 07:52

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 2330-a çatıb

 

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

 

AYNA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

 

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2330-a çatıb.

 

Qeyd edək ki, Rusiyada indiyədək 379 051 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8371 nəfər bu virusa yoluxub, 174 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4142 nəfərdir, indiyədək 150 993 nəfər sağalıb.

Müəllif: Ayna.az