COVID-19 qurbanlarının sayı artmaqda davam edir
Moskvada son sutka ərzində daha 62 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 249-a çatıb.
Moskvada ümumilikdə 381 430 nəfər koronavirusa yoluxub, 282 492 nəfər xəstəliyə qalib gəlib.