Bloger Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda ittiham edilir
Moskvanın Basmannı Məhkəməsi bloger Veronika Belotserkovskayanı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda ittiham edərək qiyabi həbs edib. AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, məhkəmə istintaqın müvafiq vəsatətini təmin edib.
Qeyd edək ki, mart ayında İstintaq Komitəsi Belotserkovskayaya qarşı Rusiya Silahlı Qüvvələrinin hərəkətləri haqqında saxta məlumatlar yaydığına görə cinayət işi açıb. Daha sonra Rusiya Daxili İşlər Nazirliyi blogerin adını axtarışda olanlar siyahısına salıb.