Moskvada Basmannı məhkəməsi yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya

24.03.2024 - 13:32

cedabet Klinikalar SEO Xidməti

Binanın ətrafında metal maneələr quraşdırılıb və polis əməkdaşları növbə çəkirlər

Moskvanın mərkəzində, “Crocus City Hall”dakı terror aktında şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı müraciətə baxılacaq Basmannı məhkəməsi yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, binanın ətrafında metal maneələr quraşdırılıb və polis əməkdaşları növbə çəkirlər. Vurğulanıb ki, baryerlər bir gün əvvəl quraşdırılmağa başlayıb.

Bundan əvvəl məlum olub ki, Krasnoqorskda terror aktında şübhəli bilinən 4 nəfər Rusiya İstintaq Komitəsi tərəfindən dindirilir. İstintaqın həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldıracağı gözlənilir. Onların hər birini ömürlük həbs cəzası gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş