Putinin xüsusi nümayəndəsi: “Suriyada Rusiya və ABŞ arasında münaqişənin aradan qaldırılması mexanizmi mövcuddur”
“Moskva və Vaşinqton arasında hazırda Suriya üzrə dialoq yoxdur”. AYNA xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
Lavrentyev bildirib ki, Suriyada Rusiya və ABŞ arasında münaqişənin aradan qaldırılması mexanizmi mövcuddur.
"Əlaqələr qorunur, ancaq bu mexanizm vasitəsilə", - Lavrentyev deyib.
Purinin xüsusi nümayəndəsi vurğulayıb ki, ABŞ Suriya müxalifətinin əli ilə Rusiyaya maksimum ziyan vurmaq istəyir.