Hüquq-mühafizə orqanlarının əməkdaşları evin ətrafını mühasirəyə alıblar
“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları evin ətrafını mühasirəyə alıblar və binanın içərisində istintaq hərəkətləri aparılır.
Axtarışın hansı cinayət işinin bir hissəsi kimi aparıldığı bildirilməyib.