“Çin, İran və Rusiya İranın nüvə proqramı ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər"
Rusiya Federasiyasının Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov Rusiya, Çin və İran arasında İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin keçirildiyini açıqlayıb.
AYNA.AZ xəbər verir ki, Ulyanov “Telegram” kanalında yazıb: "Bu gün Çin, İran və Rusiya İranın nüvə proqramı ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər".
O əlavə edib ki, tərəflər "19-21 noyabr tarixlərində keçiriləcək MAQATE İdarə Heyətinin növbəti iclasından əvvəl fikirlərini sinxronlaşdırıb və mövqelərini əlaqələndiriblər".