“Moskva ilə Ottava arasında münasibətlər son dərəcə pisdir”

Dünya

12.05.2024 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

Səfir: “Kanada Rusiyaya qarşı məhdud qarşılıqlı fəaliyyət siyasəti aparır”

“Moskva ilə Ottava arasında münasibətlər indiyə qədər ən pis dövrünü yaşayır”. AYNA xəbər verir ki, bu sözləri Kanadanın Rusiyadakı səfiri Sara Teylor CBC telekanalına müsahibəsində deyib.

“Mən deyərdim ki, bu münasibətlər indi çox pis vəziyyətdədir. Yəqin ki, indiyə qədərki ən pis vəziyyətdədir”, - Teylor vurğulayıb.

Onun sözlərinə görə, Kanada Rusiyaya qarşı “məhdud qarşılıqlı fəaliyyət” siyasəti aparır.

Bundan əvvəl Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bildirmişdi ki, Ottava ölkənin daxili işlərinə qarışmamalıdır. Onun sözlərinə görə, Moskva Qərb dövlətlərinin işlərinə qarışmır və onları da buna çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş