Son 10 ildə Monqolustanda 23 bubon vəba hadisəsi qeydə alınıb: onlardan 9-u ölümlə nəticələnib
Monqolustanın 15 vilayətinin (regionunun) 75 rayonunda təbii vəba ocaqlarının yüksək aktivliyi mövcuddur. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Zoonoz İnfeksiyaların Tədqiqi Milli Mərkəzinin təcili yardım xidmətinin ictimai səhiyyə şöbəsinin rəhbəri Lhunrev Rolomjav mətbuat konfransında bildirib.
“Epidemioloji nəzarətin məlumatına görə, ölkənin 15 vilayətinin 75 rayonunda təbii vəba ocaqlarının yüksək aktivliyi olduğu müəyyən edilib. Son 10 ildə Monqolustanda 23 bubon vəba hadisəsi qeydə alınıb, onlardan 9-u ölümlə nəticələnib. Xəstələr arasında 15-24 və 30-35 yaşlı kişilər var”, - infeksionist məlumatlara istinadən bildirib.