Monqolustanda güclü zəlzələ olub

Dünya

06.12.2022 - 21:28

Monqolustanda 5,6 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 844 min insanın yaşadığı paytaxt Ulan-Batordan 403 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 2 km dərinlikdə yerləşib.

Dağıntı və ya mümkün itkilər barədə məlumat verilməyib.

Müəllif: Ayna.az