Moldovanın yeni Prezidenti bu tarixdə and içəcək

Dünya

30.11.2020 - 17:27

Maya Sandu andiçmə mərasiminin vaxtını açıqlayıb

 

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandunun andiçmə mərasiminin vaxtı bilindi. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Sandunun özü məlumat verib.

 

Prezident qeyd edib ki, mərasim dekabrın 24-də Respublika Sarayında baş tutacaq.

 

“Koronavirus pandemiyasına görə andiçmə mərasimi geniş keçirilməyəcək, məhdud sayda qonaqlar olacaq”, - deyə Sandu söyləyib.

 

Qeyd edək ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 15-də keçirilib. İkinci turda Sandu səslərin 57.75 faizini qazanaraq qalib gəlib. Artıq sabiq sayılan Prezident İqor Dodon isə seçkidə 42.25 faiz səs toplayıb.

 

Müəllif: Ayna.az