Dnestryanıya qaz tranzitinə mane olmayacaqlar: “Biz regionda böhran yaratmaq istəmirik”
Ukrayna və Moldova daha əvvəl 2024-cü ildən sonra Rusiyanın Dnestryanı bölgəsinə qaz nəqlinə mane olmamaq barədə razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Viktor Parlikov “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Biz regionda böhran yaratmaq istəmirik, xüsusən bu böhran dərhal bütün Moldova üçün problemə çevrildiyinə görə”, – Moldova tərəfinin nümayəndəsi öz mövqeyini izah edib.
Bundan əvvəl Moldova Energetika Nazirliyi qazın Türkiyə vasitəsilə Dnestryanıya çatdırılmasını təklif etmişdi.