Mobil telefonlardan POS-terminal kimi istifadə edilməsi müzakirə olunub

Xəbərlər

05.10.2021 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Təklif edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın nümayəndələri ilə birgə müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış İşçi qrupu tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın nümayəndələri ilə birgə müzakirə edilib.

ABA-dan AYNA-ya bildirilib ki, müzakirə çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulub.

Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş