MİT Suriyada əməliyyat keçirib

Dünya

05.09.2024 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat nəticəsində PKK-nın rəhbər şəxsi öldürülüb

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Metin Dinç öldürülüb.

Kod adı “Dijvar Tekoşin” olan Dinçin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı terror aktlarının təşkilində iştirak etdiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş