Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Brüsselə iki günlük səfər edəcək.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.
Dekabrın 3-də nazir Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.