MİQ üzrə vakansiya mərhələsinin nəticələri açıqlanıb

Xəbərlər

06.08.2024 - 14:39

5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib

Vakansiya seçimi mərhələsinin nəticələri elan edilib. AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitundan bildirilib.

Qeyd olunub ki, 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib: "31 iyul–5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib".

Qeyd edilib ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş