Milli Məclisin sədri Braziliyaya səfər edib

Xəbərlər

05.11.2025 - 19:46

Sahibə Qafarova COP30-da iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliya Federativ Respublikasının Belem şəhərinə işgüzar səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyətimiz COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş