Milli Məclisin iclası keçirilir: Gündəlikdə 3 məsələ var

Xəbərlər

02.06.2020 - 11:12

Növbədənkənar sessiyasının ikinci iclasıdır

 

Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilir. AYNA xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyində ümumilikdə 3 məsələ var.

 

Deputatlar İnzibati Xətalar Məcəlləsinə (iki qanun layihəsi üzrə) və “Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihələrini III oxunuşda müzakirə edirlər.

Müəllif: Ayna.az