“İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”
Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib. AYNA xəbər verir ki, Bəyanatın mətnini deputat Nizami Səfərov oxuyub.
Sənəddə qeyd edilir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin pozulmasına son qoyulmasından, Vətən müharibəsinin başlamasından bir il keçir: “Məlum olduğu kimi, Ermənistanın əsassız iddiaları və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gətirib çıxarmışdı. Azərbaycanlılara qarşı dəhşətli cinayətlər həyata keçirilib, Xocalı və digər soyqırımı aktları törədilib, 877 şəhər, kənd və qəsəbə dağıdılıb, yandırılıb. İşğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi məhv edilib və ya dağıdılıb”.
Bəyanat səsverməyə qoyularaq, qəbul edilib.