Milli Məclisdə Baş Nazirdən xahiş: <font color=red> “Tez qərar qəbul olunsun”</font>

Cəmiyyət

25.06.2020 - 11:58

İclasda məsələlər birbaşa səsverməyə çıxarılaraq qəbul edilib

 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib. AYNA-nın xəbərinə görə, spiker Sahibə Qafarova epidemioloji vəziyyəti nəzərə alaraq gündəlik ətrafında fikir bildirməməyi təklif edib.

 

Deputatlar həmin təklifi müsbət qarşılayıblar. Beləliklə, millət vəkilləri gündəlikdəki məsələlərə münasibət bildirməyərək, məsələlər birbaşa səsverməyə çıxarılaraq qəbul edilib.

 

İclasda deputat Kamran Bayramov bələdiyyələrə dotasiya məsələsinə toxunub. Millət vəkili təəssüflə deyib ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb.

 

“Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir və bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək. Baş Nazir Əli Əsədovdan xahiş edirəm ki, məsələyə dair tez qərar qəbul olunsun”.

Müəllif: Ayna.az