1992-ci ildən 2019-cu ilə qədər test yolu ilə ali təhsil müəssisələrimizə 827903 nəfər qəbul olub
Təhsil eksperti Kamran Əsədov 1992-2019-cu illər ərzində ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən və tələbə adını qazananların sayı ilə bağlı statistika hazırlayıb.
AYNA xəbər verir ki, 17 il ərzindəki göstəricilər aşağıdakı kimidir:
"1992 - ci ildə 40316 abituriyent sənəd vermişdi, onlardan 16961 nəfəri qəbul olub.
1993 - ci ildə 50629 abituriyent sənəd vermişdi, onlardan 12992 nəfəri qəbul olub.
1994 - ci ildə 54437 abituriyent sənəd vermişdi, onlardan 15807nəfəri qəbul olub.
1995 - ci ildə 50131 abituriyent sənəd vermişdi, onlardan 19018 nəfəri qəbul olub.
1996 - ci ildə 47585 abituriyent sənəd vermişdi, onlardan 22118 nəfəri qəbul olub.
1997 - ci ildə 49080 abituriyent sənəd vermişdi, onlardan 24975 nəfəri qəbul olub.
1998 - ci ildə 57303 abituriyent sənəd vermişdi, onlardan 27586 nəfəri qəbul olub.
1999 - ci ildə 65979 abituriyent sənəd vermişdi, onlardan 26311 nəfəri qəbul olub.
2000 - ci ildə 77701 abituriyent sənəd vermişdi, onlardan 28251 nəfəri qəbul olub.
2001 - ci ildə 81950 abituriyent sənəd vermişdi, onlardan 29306 nəfəri qəbul olub.
2002 - ci ildə 51069 abituriyent sənəd vermişdi, onlardan 27577 nəfəri qəbul olub.
2003 - ci ildə 70077 abituriyent sənəd vermişdi, onlardan 27462 nəfəri qəbul olub.
2004 - ci ildə 90451 abituriyent sənəd vermişdi, onlardan 28475 nəfəri qəbul olub.
2005 - ci ildə 99000 abituriyent sənəd vermişdi, onlardan 28785 nəfəri qəbul olub.
2006 - ci ildə 104264 abituriyent sənəd vermişdi, onlardan 25629 nəfəri qəbul olub.
2007 - ci ildə 103367 abituriyent sənəd vermişdi, onlardan 26729 nəfəri qəbul olub.
2008 - ci ildə 116520 abituriyent sənəd vermişdi, onlardan 28132 nəfəri qəbul olub.
2009 - ci ildə 112875 abituriyent sənəd vermişdi, onlardan 29030 nəfəri qəbul olub.
2010 - ci ildə 112509 abituriyent sənəd vermişdi, onlardan 30510 nəfəri qəbul olub.
2011 - ci ildə 107484 abituriyent sənəd vermişdi, onlardan 31419 nəfəri qəbul olub.
2012 - ci ildə 100621 abituriyent sənəd vermişdi, onlardan 34098 nəfəri qəbul olub.
2013 - ci ildə 100683 abituriyent sənəd vermişdi, onlardan 36537 nəfəri qəbul olub.
2014 - ci ildə 97362 abituriyent sənəd vermişdi, onlardan 37841 nəfəri qəbul olub.
2015 - ci ildə 93116 abituriyent sənəd vermişdi, onlardan 38914 nəfəri qəbul olub.
2016 - ci ildə 89444 abituriyent sənəd vermişdi, onlardan 41945 nəfəri qəbul olub.
2017 - ci ildə 82228 abituriyent sənəd vermişdi, onlardan 42856 nəfəri qəbul olub.
2018 - ci ildə 82724 abituriyent sənəd vermişdi, onlardan 45159 nəfəri qəbul olub.
2019-cu ildə 84105 abituriyent sənəd vermişdi, onlardan 43480 nəfəri qəbul olub".
K.Əsədov bildirib ki, müstəqillik dövründə 1992-ci ildən 2019-cu ilə qədər test yolu ilə ali təhsil müəssisələrimizə 827903 nəfər qəbul olub: "Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub".
Ekspertin sözlərinə görə, ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir: "Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılmışdı. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərmiş, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşmüşdü".