Millət vəkili: “Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”

Aktual

17.09.2020 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Jalə Əhmədova: “Heç kim haqqında yalan, təhqir yazmaq olmaz”

 

“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədova deyib.

 

Deputatın qənaətincə mətbuat işçiləri də informasiyaları verəndə diqqətli olmalıdırlar: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlamaq lazımdır. Məlumat və şou naminə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır”.

Jalə Əhmədova: Azərbaycan pandemiyadan əziyyət çəkən vətəndaşların  problemlərini həll edərək sosial dövlət olduğunu bir daha sübut

“Özüm də bu kimi yanlış informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir. İqtidarı da bizimdir, müxalifəti də. Hamımız azərbaycanlıyıq və heç kim haqqında yalan, təhqir yazmaq olmaz”, - deyə J.Əhmədova söyləyib.

Müəllif: Ayna.az