Bir tank ekipajla birlikdə tamamilə məhv edilib
Düşmən Ermənistanın üç tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq, ön xəttə doğru irəliləyib. Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Məlumatlara görə, “dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.