"Milan"ın futbolçusuna silahlı hücum olub

İdman

10.06.2020 - 03:11

Samuel Katillexo: "İki oğlan məni qarət etdi. Üzümə silah çəkdilər"

 

"Milan"ın futbolçusu Samuel Katillexo xoşagəlməz hadisə ilə üzləşib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Milanda silahlı hücuma məruz qalıb.

 

25 yaşlı oyunçu instaqram səhifəsi vasitəsilə ona hücum olunduğunu söyləyib: "İki oğlan məni qarət etdi. Üzümə silah çəkdilər. İndi hər şey yaxşıdır".

 

Qeyd edək ki, Samuel Katillexo 2018-ci ildən "Milan"da çıxış edir.

Müəllif: Ayna.az