Almaniya Portuqaliyanı 4 qolla məğlub edib

İdman

19.06.2021 - 22:09

Rəqibini 4:2 hesabı ilə məğlub edən Almaniya yığması qrupda ilk qələbəsini qazanıb

 

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir. AYNA xəbər verir ki, günün mərkəzi matçı F qrupunda keçirilib. Qrupun ilk oyununda qələbə qazanan Portuqaliya yığması Almaniya millisi ilə üz-üzə gəlib.

 

Oyunda hesabı Portuqaliya açsa da, almanlar əzmkar qələbəyə sevinib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Almaniya yığması qrupda ilk qələbəsini qazanıb.

 

Günün son matçı İspaniya və Polşa arasında keçiriləcək.

 

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

 

Avropa çempionatı


19 iyun

 

F qrupu

 

Portuqaliya – Almaniya 2:4


Qol: K.Ronaldo, 15. D.Jota, 67 – R.Dias, 35-öz qapısına.

 

R.Gerrero, 39-öz qapısına. K.Haverts, 51. R.Qosens, 60.

 

Baş hakim: Entoni Teylor (İngiltərə).


Münhen. “Alyans Arena”.

Müəllif: Ayna.az