Zaur Hüseynov: “Maska taxmayan sərnişinlər metroya daxil ola bilməzlər”
“Sabahdan Bakı metrosu fəaliyyətini bərpa edir. Metrostansiyalarda fevralın 21-dən başlayaraq dezinfeksiya işləri aparılıb. Hətta, karantin müddətində - fəaliyyətini müvəqqəti dayandırdığı müddətdə də bu işlər mütamadi təşkil olunub, eyni qayda da davam edəcək”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində “Bakı Metropoliteni” QSC-nin rəhbəri sədri Zaur Hüseynov deyib. Bildirib ki, Operativ Qərargahın sonuncu qərarına əsasən, maska taxmayan sərnişinlər metroya daxil ola bilməzlər.
“Həmçinin, Metrpolitendə polis iş izni, xüsusi əmək vəsiqəsi olmayanlarla bağlı inzibati tədbirlər görəcək. Tibbi maskalar metroya giriş keçidlərindəki apteklərdə satılır, hər kəs ala bilər”, - Hüseynov qeyd edib.