"Meta" şirkəti yeni sosial şəbəkə yaradır

Dünya

11.03.2023 - 06:37

cedabet dərman SEO Xidməti

Yeni platforma "Twitter" şəbəkəsinə bənzəyəcək

"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir. AYNA xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.

Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.

Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş