Ulduz futbolçu sağ ayağının əzələsindən zədə alıb
"İnter Mayami"nin argentinalı hücumçusu, ulduz futbolçu Lionel Messi Liqa Kubokunda Meksikalı "Necaxa" ilə ev oyununda sağ ayağının əzələsindən zədə alıb. AYNA.AZ xəbər verir ki, bu barədə "İnter Mayami"nin Mətbuat Xidməti məlumat yayıb.
Argentinalı matçın 11-ci dəqiqəsində əvəzlənib. Messi dizlərində narahatlıq hiss edib.
Klubun press-relizində Messinin yüngül zədə aldığı qeyd edilib. Hücumçu reabilitasiya prosedurlarından keçməli olacaq. Onun meydanlara qayıtma müddəti dəqiqləşdirilməyib.
Messinin 38 yaşı var, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Futbolçu ötən mövsüm MLS-in müntəzəm çempionluğunu qazanıb və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.