“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi bəlli olub

İdman

15.06.2021 - 14:46

I təsnifat mərhələsinin püşkü atılıb

 

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Bakının “Neftçi” klubunun avrokubok mövsümündəki ilk rəqibi müəyyənləşib.

 

Paytaxt təmsilçisi “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 6-7-də, cavab görüşü 13-14-də keçiriləcək. “Neftçi” mövsümə səfərdə başlayacaq.

 

Qeyd edək ki, sabah Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi”nin hər iki turnirdəki mümkün rəqibləri, həmçinin qitənin 3-cü dərəcəli klub turnirində ilk raunddan azad olan “Keşlə”, “Qarabağ” və “Sumqayıt”ın qarşılaşacağı komandalar bilinəcək.

Müəllif: Ayna.az