Bakı klubu son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən qurtulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
AYNA-nın xəbərinə görə, "Qəbələ" klubu “Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Bu nəticədən sonra xalını 30-a çatdıran "Zirə" 3-cü, 23-cü xalını qazanan "Qəbələ" isə 5-ci pillədə qalıb.