Məşhur fransız aktrisa vəfat edib

Dünya

18.06.2024 - 20:09

Həkimlər Klinikalar SEO Xidməti

Anuk Eme 93 yaşında dünyasını dəyişib

Rejissor Klod Leluşun çəkdiyi “Kişi və qadın” (Un homme et une femme, 1966) filmində Anna obrazını canlandırmaqla məşhurlaşan fransız aktrisa Anuk Eme 93 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə AFP onun yaxınlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Eme çərşənbə axşamı səhər saatlarında dünyasını dəyişib. Aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, aktrisa 14 yaşında filmlərdə çəkilib. 1967-ci ildə "A Man and a Woman" filmində "Ən yaxşı qadın rolu" nominasiyasında Oskar mükafatına namizəd olub və həmin il eyni kateqoriyada "Qızıl Qlobus" mükafatını qazanıb.

Eme dünya tamaşaçılarına italyan kinorejissoru və ssenaristi Federiko Fellininin “Şirin həyat” (La Dolce Vita, 1959) və “Səkkiz yarım” (8 1/2, 1963) kult filmlərindən də tanışdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş