Frank Huqerbits: “Mən şişirtmirəm və ya qorxu yaymağa çalışmıram. Bu sadəcə xəbərdarlıqdır”
Hollandiyadan olan məşhur seysmoloq Frank Huqerbits 2023-cü ilin martında bəzi ölkələrdə yeni güclü zəlzələlərin olacağını proqnozlaşdırıb. AYNA xarici mediaya istinadənm bildirir ki, alimin proqnozunu onun fəaliyyət göstərdiyi SSGEOS elmi institutu yayıb.
Huqerbitsin sözlərinə görə, martın 3-dən 7-dək planetlərin yaxınlaşması fonunda çoxlu seysmik aktivlik ola bilər: “Yeraltı təkanların maqnitudası 8,5 və daha yüksək ola bilər”.
Huqerbits qeyd edib ki, Yaponiyanın cənubu, İndoneziya, Portuqaliya, Yunanıstan, Pakistan, Şimali Amerikanın bir hissəsi və Kuril adaları ən təhlükəli zonadadır.
“Mən şişirtmirəm və ya qorxu yaymağa çalışmıram. Bu sadəcə xəbərdarlıqdır”, - deyə alim bildirib.