Meşədə çətənə kolları və marixuana aşkarlayıb

Xəbərlər

22.08.2025 - 11:14

Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA.AZ-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.

Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə P. Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş