Hələlik idman zalları və uşaq bağçaları da qapalı qalacaq
Məscidlərdə yoluxma riski çox ola bilər deyə, hələlik dini ritualları kütləvi etmək qadağası davam edir.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın bugünkü brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.
O, həmçinin əlavə edib ki, idman zalları, uşaq bağçaları da bir müddət qapalı qalacaq.