Mərkəzdən sürücülərə xəbərdarlıq

Xəbərlər

02.02.2026 - 15:42

“Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər”

“Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidirlər ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir”. AYNA.AZ xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında əksini tapıb.

“Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər. Ona görə də sürücülərin həmin halları nəzərə almaları tövsiyə edilir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq”,- deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş