Xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib
Bakıda mənzilində köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu gün nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.